BMT baş katibi Antoniu Quterriş “Taliban”ın hücumunun davam etməsi fonunda Əfqanıstandakı vəziyyətlə bağlı bəyanatla çıxış edəcək.
Bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ölkə daxilində siyasi həll yolu əldə etmək üçün tərəflər bir -biri ilə işləməlidir.
Qeyd edək ki, ABŞ ordusunu Əfqanıstandan çıxarmağa başladıqdan sonra, “Taliban” ölkə daxilində hökumət qüvvələrinə hücumlara başlayıb. Artıq radikal qruplaşma ölkə ərazisinin 85 faizinə, eyni zamanda İran, Çin, Pakistan, Tacikistan və Türkmənistanla sərhədə nəzarət edir.