Finlandiyanın oyun şirkəti Türkiyədən olan rəqibini alacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

Finlandiyanın oyun şirkəti Türkiyədən olan rəqibini alacaq

Dünyanın ən populyar oyunlardan biri olan “Angry Birds”ün inkişaf etdiricisi Finlandiyanın “Rovio” şirkəti ən çox yüklənən oyun olan Türkiyədəki “Hunter Assassin”in inkişaf etdiricisi “Ruby Games”in bütün səhmlərini almaq üçün razılıq əldə edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, alqı-satqı əməliyyatı bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələdə “Rovio” 10 milyon dollara “Ruby Games”in 20%-lik səhm paketinə sahib olacaq. İlk əməliyyatın bu ilin III və yaxud IV rübündə tamamlanması gözlənilir.

Növbəti alqı-satqının isə Finlandiya şirkətinin vergidən əvvəlki mənfəəti və bu ilin gəlirləri nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılır. İkinci tranşda “Rovio” 80 milyon dollara türk şirkətinin səhmlərinin daha 50%-ni satın alacaq. Ödənişin 60%-i nağd, 40%-i isə “Rovio”nun səhmləri formasında həyata keçiriləcək.

“Ruby Games”in səhmlərinin qalan 30%-i isə gələcək 5 il ərzində alınacaq. Bu zaman ödənişin 50%-i nağd, digər hissəsi isə “Rovio”nun vergidən əvvəlki mənfəəti və gəlirləri nəzərə alınmaqla nağd və səhm qarşılığında həyata keçiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            429 12.08.21 19:20