Rusiyada koronavirus səbəbindən 808 ölüm hadisəsi qeydə alınıb. Bununla da Rusiyada COVID-19 qurbanlarının sayı 168 049 nəfərə çatıb.
Median.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə yeni infeksiya ilə mübarizə üzrə operativ qərargahdan məlumat veriblər.
Məlumata görə, pandemiya baş qaldırandan indiyədək ilk dəfədir ki, Rusiyada gündəlik ölüm sayı 800-ü keçir.
Qeyd edək ki, gün ərzində Rusiyada koronavirusa yoluxanların sayı 21 932 nəfər artaraq 6 534 791 nəfərə çatıb.