Ermənistan İsraildəki səfirini geri çağırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

Ermənistan İsraildəki səfirini geri çağırıb

Ermənistan Prezidenti Armen Sarkisyan ölkəsinin İsraildəki səfiri Armen Smbatyanın geri çağırılması haqqında sərəncam imzalayıb.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, bu ilin aprelində Armen Smbatyan barəsində cinayət işi başlanılıb və ona qarşı ittiham irəli sürülüb.

Məlumata görə, səfir vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Ermənistanın keçmiş mədəniyyət və gənclərin işi üzrə naziri Asmik Poqosyanla cinayət əlaqəsinə girməkdə, çirkli pulların yuyulmasında ittiham olunur. İstintaqın gedişində müəyyən edilib ki, A.Smbatyan Xarici Ölkələrdəki Ermənilərlə Mədəni Əlaqələr Cəmiyyətinin sədridir. O, keçmiş nazir A.Poqosyanın İrəvanda tarixi-mədəni əhəmiyyətli binanın yerləşdiyi ərazidə cəmiyyət üçün torpaq əldə etməsinə köməklik göstərib.

Bina və ərazi formal sövdələşmə nəticəsində 550 min ABŞ dollarına Böyük Britaniyanın Virciniya adalarında keçmiş nazirin gəlininin adına qeydiyyata alınan ofşor şirkətə satılıb.

Səfir 20 milyon dram (40 min ABŞ dolları) girov qoyub. Ona görə də hələlik barəsində həbs qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, bir müddət əvvəl A.Poqosyan barəsində axtarış elan edilib.

Xatırladaq ki, 2019-cu ilin sentyabrında Ermənistanın İsraildə səfirliyi açılıb. 2020-ci il fevralın 25-də Armen Sarkisyan diplomatik missiyanın rezidensiyasının İrəvandan İsrailə köçməsi barədə sərəncam imzalayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            396 12.08.21 19:11