8 yaşlı uşaq hovuzda boğularaq öldü.
Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Antalyanın Alanya rayonunda baş verib.
Ailəsi ilə birlikdə istirahət üçün hovuza gedən 8 yaşlı Eli Kamal Güler hovuzda boğulub. Təcili tibbi yardımın bütün müdaxiləsinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.
Həmçinin, hovuzun yanında olmadığı iddia edilən otelin xilasedicisi, polis tərəfindən nəzarətə alınıb.