Ermənistan parlamentində qalmaqal: Spiker Paşinyana “kapitulyant” deyən deputatı zaldan qovdu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

Ermənistan parlamentində qalmaqal: Spiker Paşinyana “kapitulyant” deyən deputatı zaldan qovdu

Ermənistan parlamentində müxalifət-iqtidar davası getdikcə qızışmağa başlayır.

“Sputnik Ermənistan”ın məlumatına görə, Ermənistan parlamentinin spikeri Alen Simonyan “Mənim şərəfim var” blokunun deputatı Anne Mkrtçyanın parlamentin 11 avqust iclasında iştirakını qadağan edib.

Buna qədər artıq deputata çıxışı zamanı baş nazir Nikol Paşinyanı adı ilə müraciət etdiyi və onu “kapitulyant” adlandırdığı üçün xəbərdarlıq edilib. Bu dəfə isə “Vətəndaş sazişi” partiyasından olan deputat Eduard Ağacanyanın Xarici Əlaqələr üzrə daimi komissiyanın rəhbəri vəzifəsinə namizədliyinin müzakirəsi zamanı Mkrtçyan hakimiyyəti kəskin tənqid edib və son sözləri bu cür olub: “Bütün bunların günahkarı isə sizin kapitulyant Nikolunuzdur”.

Dərhal müdaxilə edən spiker deputatın mikrofonunun söndürülməsini tələb edib.

“Mən günün sonuna qədər sizin iclasda iştirakınızı qadağan edirəm. Zalı tərk edin, yoxsa mühafizə əməkdaşları sizi çıxaracaqlar”, - deyə spiker bildirib.

Müxalifət nümayəndələri ilə spiker arasında söz-söhbət bundan sonra da davam edib. Alen Simonyan “Vətəndaş sazişi” partiyasının üzvlərinə müraciət edərək onları “davakar” adlandırdığı müxalifət nümayəndələrinə reaksiyaya verməməyə çağırıb.

O, həmçinin müxalifəti daha sərt tədbirlər görməklə hədələyib. Parlamentin spikeri eyni zamanda müxalifət nümayəndələrini lağa da qoyub və bildirib ki, onların bu cür çıxışlarına səbəb “çoxlu pul xərclədikləri” seçkidə məğlub olmalarıdır.

Əslində, Ermənistan parlamenti ölkədə olan real mənzərəni təsvir edir. Hakimiyyət tənqidə dözümsüz yanaşır, ona qarşı müxalif fikirləri hər vəchlə boğmağa çalışır, müxalifət isə çirkin əməllərində heç də ondan geri qalmır. Sözügedən vəziyyət Ermənistan parlamentində yuxarıda qeyd olunan halların getdikcə çoxalmasına və daha kəskin xarakter almasına gətirib çıxarır. Ölkə parlamenti isə qanunverici orqan kimi mahiyyətini itirib, siyasi ehtirasların tüğyan etdiyi teatr səhnəsinə çevrilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            726 11.08.21 17:16