Çinin qısa videoların yaradılması və baxılması üçün hazırlanmış mobil tətbiqi “TikTok” 2020 -ci ildə yüklənmə sayına görə “Facebook”u keçib.
Bu barədə “Nikkei”nin qlobal araşdırmasından məlum olur.
Bildirilir ki, “TikTok”un ABŞ və Britaniyada ümumi izləmə müddəti “YouTube”dan daha uzundur və vurğulanır ki, qısa videolar diqqət çəkməyə davam edəcək.
2020-ci ildə yüklənmə sayına görə dünyanın ən yaxşı 10 tətbiqinin sıralanması isə belədir: “TikTok”, “Facebook”, “Whatsapp”, “Instagram”, “Facebook Messenger”, “Snapchat”, “Telegram”, “Likee”, “Pinterest” və “Twitter”.
“TikTok”un müvəffəqiyyəti digər səbəblərlərlə yanaşı, koronavirus pandemiyası ilə əlaqələndirilib. Reytinqdə “Telegram”ın səkkizinci yerdən yeddinci yerə yüksəlməsi isə “WhatsApp”ın yeni siyasətindən qaynaqlanıb.