“Microsoft” şirətinin təsisçisi Bill Qeyts keçmiş həyat yoldaşı Melinda ilə boşandıqdan sonra dünyanın ən varlı şəxsləri siyahısında geriləyib.
Bu barədə “Forbes” xəbər verib.
Bildirilib ki, bir zamanlar siyahının başında yer alan milyarder müvəqqəti olaraq beşinci pilləyə yuvarlanıb. Lakin sonradan “Facebook”un yaradıcısı Mark Zukerberqi üstələyərək, 4-cü pillədəki mövqeyinə qayıdıb.
Qeytsin boşanma prosesində 5,6 milyard dollar məbləğində qiymətli kağızları keçmiş həyat yoldaşına verdiyi və bu səbəbdən də ümumi sərvətinin 129,6 milyard dollaradək azaldığı vurğulanıb.
Məlumat üçün qeyd edək ki, hazırda dünyanın ən varlı şəxsləri reytinqinə 197,5 milyard dollarlıq sərvətilə LVMH qrupunun rəhbəri Bernar Arno başçılıq edir.