Almaniya 1,3 milyon dozalıq “AstraZeneca” peyvəndini aşağı gəlirli ölkələrə bağışlayacaq.
Bunu ölkə hökumətinin sözcüsü Ulrike Demmer mətbuat konfransı zamanı bəyan edib.
O, qeyd edib ki, artıq vaksinlərin BMT-nin COVAX proqramı çərçivəsində Sudan, Efiopiya, Əfqanıstan, Tacikistan, Özbəkistan kimi ölkələrə çatdırılmasına başlanılıb.
Məlumat üçün bildirək ki, Almaniya bugünədək 18 milyon doza “AstraZeneca” peyvəndi əldə edib.