Tanınmış müğənni Madonna və kinorejissor Qay Riçinin oğlu Rokko model biznesində debüt edib.
Bu barədə “Daily Mail” məlumat verib.
Məlumata görə, gənc “The Rake” jurnalı üçün fotosessiyada iştirak edib.
Rokko retro üslubunda şəkillər çəkdirib.
20 yaşlı ulduz oğlanın “Central Saint Martins” incəsənət kollecində dizayn üzrə təhsil aldığı bildirilib.