Elm adamları, artan əhali və enerjiyə əsaslanan qlobal iqtisadiyyatın zərərləri səbəbindən dünyanın sonunun yaxınlaşdığını ortaya qoyan yeni bir araşdırma nəşr ediblər. Şiddətli maliyyə böhranının, qlobal istiləşmənin təsirlərinin, təbiətin məhv edilməsinin və COVİD-19 pandemiyasının bəşər sivilizasiyasının çöküşünə səbəb ola biləcəyi bildirilib.
Alimlər iddia edib ki, dünyada 5 ölkə hər zaman öz mövcudluğunu qoruyacaq və heç bir təbii fəlakət, iqtisadi böhran və xəstəlik onlara qalib gələ bilməyəcək.
Median.Az Qərb mətbuatına istinadən xəbər verir ki, bu ölkələr Yeni Zelandiya, İslandiya, İrlandiya və Avstraliya olacaq. Yeni Zelandiya geotermal və su elektrik enerjisi, bol əkin sahələri və aşağı əhali sıxlığı səbəbindən bu siyahıda birinci yeri tutub.
Tədqiqatçılar bildiriblər ki, mürəkkəb şəbəkələrdə bir-birinə bağlı olan enerjiyə əsaslanan qlobal iqtisadiyyatın yaratdığı ekoloji ziyana görə insan sivilizasiyası təhlükəli vəziyyətdədir. Mütəxəssislərin dediyinə görə, ciddi maliyyə böhranı, qlobal istiləşmənin təsiri, təbiətin məhv olması, COVİD-19-dan daha pis bir pandemiya və ya bunların birləşməsi qlobal bir çöküşlə nəticələnə bilər.
Hansı ölkələrin belə bir çöküşə qarşı daha dayanıqlı olacağını qiymətləndirmək üçün ölkələr, əhalisi üçün yemək yetişdirmək, sərhədlərini istənməyən kütləvi köçdən, elektrik şəbəkələrindən və bəzi istehsal imkanlarından qorumaq qabiliyyətlərinə görə sıralanıb. İlk sırada mülayim bölgələrdəki və əsasən əhali sıxlığının aşağı olduğu adalar yer alıb.
Bununla birlikdə, elm adamları, işlərinin dayanıqlılığı artırmaq üçün ölkələrin inkişaf etdirməli olduqları faktorları vurğuladıqlarını deyiblər. İqtisadi səmərəliliyi qiymətləndirən qloballaşan cəmiyyətin dayanıqlılığı pozduğunu və ehtiyat potensialın qida və digər həyati əhəmiyyətli sektorlarda tapılmalı olduğunu söyləyiblər.
"Sustainability” jurnalında nəşr olunan araşdırmada milyarderlərin apokalipsisə hazırlaşmaq üçün Yeni Zelandiyada sığınacaq üçün torpaq aldıqları bildirilir.
İngiltərədəki Anglia Ruskin Universitetinin Qlobal Dayanıqlılıq İnstitutunun professoru. Dr. Aled Jones bildirib: "Siyahımızda Yeni Zelandiyanın olması bizi təəccübləndirmədi. Sərhədlərin asanlıqla qorunduğu və mülayim iqlimin ən təhlükəsiz olduğu qənaətinə gəldik. Buna görə də geriyə baxdıqda böyük adaların siyahının başında olduğu olduqca aydındır.”
Digər tərəfdən, tədqiqatçılar "xilasetmə gəmiləri"ni "dəhşətli sosial çökmələrdən təsirlənməyən" və buna görə də əhalisini əhəmiyyətli dərəcədə qoruya bilən yerlər olaraq təyin ediblər.