Yunanıstan Türkiyə ilə 17 aya yaxındır ki, bağlı olan sərhədlərini açıb.
“Haber Global” bildirir ki, Yunanıstan Nəqliyyat və İnfrastruktur Nazirliyi nəzdində Mülki Aviasiya İdarəsinin yaydığı 5 avqust tarixli direktivə görə, bugündən etibarən vaksinasiya sertifikatına malik və ya neqativ COVID testi təqdim edən Türkiyə vətəndaşlarının ölkə ərazisinə girişinə icazə verilib.
Sənəddə qeyd olunub ki, Yunanıstana daxil olan bütün əcnəbi vətəndaşlar fərdi məlumatları özündə əks etdirən “Səyahət forması”nı doldurmalıdırlar.
Həmçinin, bu şərtlərin 12 yaşından böyük bütün şəxslərə aid edildiyi vurğulanıb.