Marmarisdə son 33 ilin rekord istiliyi qeydə alındı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

Marmarisdə son 33 ilin rekord istiliyi qeydə alındı

İyulun 28-dən avqustun 3-dək Türkiyənin 38 vilayətində ümumilikdə 163 yanğın faktı qeydə alınıb. Onlardan 152-i artıq söndürülüb.

Median.Az
xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli bildirib.

Bu yanğınların 19-unun Antalya ərazisində meydana gəldiyini deyən nazir onlardan ikisinin söndürülməsi uğrunda işlərin davam etdiyini bildirib.

Qeyd edilib ki, Manavqat və Gündoğmuşdəki yanğınlar da hələ davam edir. Manavqatın qərb hissəsində baş verən yanğının sabah nəzarət altına alınacağı gözlənilir. Muğlanın beş bölgəsində də yanğınlar davam edir. Marmarisdə də irəliləmə var. Burada da sabah gündüz saatlarına qədər alovların qarşısının alınacağı gözlənilir.

Qlobal istiləşmə və yaranan quraqlığın dünyanın hər bir nöqtəsini yanğın təhlükəsi ilə qarşı-qarşıya qoyduğunu deyən nazir avqustun 3-də Marmarisdə hava temperaturunun 45 dərəcə ölçüldüyünü və bunun son 33 ilin rekordunu yenilədiyini söyləyib.

Bildirilib ki, Antalya, Muğla, Adana, Mərsin və Osmaniyədə baş verən fəlakət nəticəsində dəyən ziyanın müəyyənləşdirilməsi işləri davam edir. İlkin hesablamalara əsasən, ölkənin beş vilayətdə 18 rayon, 78 kənddən ümumilikdə 2 min 219 fermer təsərrüfatına ciddi zərər dəyib.

Nazir yanğınlar baş verən andan indiyədək 16 min 603 nəfərin təxliyə edildiyini diqqətə çatdırıb. (publika.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            390 04.08.21 22:21