Yaponiyanın şərqindəki İbaraki vilayəti sahillərində 6 bal gücündə zəlzələ olub.
Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, Sakit Okeanda baş verən zəlzələ yerli vaxtla 05:33-də, yerin 40 kilometr dərinliyində qeydə alınıb.
Yeraltı təkanlar Tokio da daxil olmaqla, ətraf vilayətlərdə hiss edilib.
Zəlzələdən sonra sunami xəbərdarlığı elan olunmayıb.