Qlobal iqlim dəyişikliyi gün keçdikcə özünü daha aydın büruzə verir.
İstiləşmədən ən çox təsirlənən ölkələrdən biri də, heç şübhəsiz ki, Türkiyədir.
Son həftələrdə qardaş ölkədə müşahidə olunan daşqınlar, sel və meşə yanğınları bunun əyani sübutudur.
Artıq belə sübutlara biri də əlavə olunub.
“Haber Global”ın məlumatına görə, Ağrı dağının zirvəsindəki buzlar əriməyə başlayıb.
Əsrlərdir toxunulmaz qalan buzların əriməsinə səbəb isə hava hərarətinin artmasıdır.
Dağ ətəyidəki yaşayış məskənlərinin sakinləri buzların əriməsi prosesindən narahat olub, kəndlərində palçıq və qaya parçalarından ibarət selin axdığını bildiriblər.