ABŞ Müdafiə Nazirliyi – Pentaqon yaxınlığında atışma baş verib. Bu səbəblə Pentaqon işini müvəqqəti dayandırıb, əməkdaşları isə binadan çıxarılıb.
“Report” bu barədə yerli KİV-ə istinadən xəbər verir.
“Hazırda Pentaqonun qapalı olduğunu təsdiq edə bilərik. Bu, baş verən hadisə ilə əlaqəlidir. Təhlükə sovuşmayıb, əhali həmin ərazidən uzaq durmalıdır" - qurumdan bildirilib.
Arlinqton Yanğın və Xilasetmə Departamentindən bildiriblər ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan biri polisdir. 3 nəfər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.