"Twitter” sosial şəbəkəsində ötən ilin mart ayında təqdim edilmiş "Fleets” platformu bu gündən ləğv edilib.
24 saat müddətinə silinən foto və video yerləşdirmə platformu olan "Fleets” "İnstagram”dakı "Stories”in bənzəri kimi yaradılmışdı və ilkin olaraq Braziliyadakı məhdud istifadəçilər qrupu üçün açıq idi. Platform sonradan başqa ölkələri də əhatə etdi.
Ötən müddət ərzində bir sıra yeni funksiyaların da əlavə olduğu "Fleets” istifadəçilər arasında məşhurlaşmadığı üçün ləğv edilib.
///Report