Britaniyalı keşiş etiraz əlaməti olaraq ağzına tikiş vurub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

Britaniyalı keşiş etiraz əlaməti olaraq ağzına tikiş vurub

Britaniyalı keşiş Tim Hyuis media maqnatı Rupert Merdoka məxsus kütləvi informasiya vasitələrinin iqlim dəyişikliyi mövzusuna münasibətdə səssiz qalmasına qarşı etiraz aksiyası keçirib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata əsasən, din xadimi Merdoka aid “News Corporation” şirkətinin binası qarşısında susqunluq əlaməti olaraq, ağzına tikiş vurub. 71 yaşlı Hyuis bütün prosesi videoya çəkərək “YouTube”-da yerləşdirib.

O, ağzını tikməklə Merdokun KİV-inin qlobal iqlim dəyişikliyi problemini inkar etməklə bəşəriyyətə nə qədər ziyan vurduğunu göstərmək istədiyini bildirib. Keşiş milyonçunun bu mövqeyinin siyasətçilər və hakimiyyət nümayəndələrinə də mənfi təsir göstərdiyini vurğulayıb.

Qeyd edək ki, hazırda “News Corporation” şirkəti “The Wall Street Journal”, “Times”, “The Sun” və “New York Post” kimi nəşrlərə, həmçinin “Dow Jones” informasiya agentliyi və bir sıra peyk operatorlarına nəzarət edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            402 03.08.21 19:27