Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 26 növ üzrə mübarizə gedib.
Kanoe slalom, qılıncoynatma, cüdo, avarçəkmə, atıcılıq, üzgüçülük və stolüstü tennis növlərində sahiblərini tapıb. Beləliklə, 112 dəst medala 66 ölkənin idmançıları yiyələnib.
Çin 31 (15 qızıl, 7 gümüş, 9 bürünc) medalla keyfiyyətcə birinci pilləyə yüksəlib.
25 (15 qızıl, 4 gümüş, 6 bürünc) medal qazanan Yaponiya 2-ci sıraya geriləyib. Medal əyarında 3-cü yeri isə 14 "qızıl", 14 "gümüş" və 10 "bürünc"lə ABŞ tutur.
İki taekvondoçusu bürünc medal qazanan Türkiyə siyahıda 56-cı pillədə qərarlaşıb.