Pakistanın paytaxtında güclü yağışlar daşqınlarla nəticələnib. Təbii fəlakət qurbanlarla nəticələnib.
Bu barədə RT xəbər yayıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində azı iki nəfər həlak olub. Onlar ana-baladırlar.
Bildirilir ki, qadın və oğlu qəfil gələn daşqından xilas ola bilməyiblər və öz evlərində boğulublar. Ailənin 7-13 yaşlı daha üç uşağını sel aparıb, ancaq onları xilas etmək mümkün olub.