"Taliban" nümayəndələri Pekində Çin rəsmiləri ilə görüşüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

"Taliban" nümayəndələri Pekində Çin rəsmiləri ilə görüşüb

"Taliban” qruplaşması Abdullah Qəni Bəradərin başçılıq etdiyi 9 nəfərlik nümayəndə heyətinin Pekində Çin rəsmiləri ilə görüşdüyünü bildirib.

Məlumatı "Azattyk” radiostansiyası yayıb.

"Görüşdə siyasət, iqtisadiyyat, iki dövlətin təhlükəsizliyi məsələləri, eləcə də Əfqanıstandakı mövcud vəziyyət və dinc proses müzakirə edilib”,- iyulun 28-də "Taliban”ın rəsmi nümayəndəsi Məhəmməd Naim tviter səhifəsində yazıb.

Nümayəndə heyətinin ikigünlük səfəri qruplaşmanın Əfqanıstanla Çin sərhədindəki ərazilərə hücumu fonunda reallaşıb.

Onun sözlərinə görə, "Taliban” Əfqanıstanın ərazisindən başqa dövlətə qarşı istifadə edilməsinə imkan verməyəcəklərinə Çin rəsmilərini əmin edib.

Çinin xarici işlər naziri Van İ isə bildirib ki, rəsmi Pekin Əfqanıstanın ərazi bütövlüyünə hörmətlə yanaşır.

///Reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            429 28.07.21 20:02