İraqın Terrorizmlə mübarizə idarəsinin əməkdaşları ölkənin müxtəlif vilayətlərində “İslam dövləti” terror qruplaşmasının 14 silahlısını, o cümlədən ekstremistlərin rəhbərlərini saxlayıb.
Bu barədə respublikanın silahlı qüvvələr komandanının nümayəndəsi Yəhya Rəsul bildirib.
Onun sözlərinə görə, paytaxtda İŞİD dəstələrindən birinin Əbu Muaz ləqəbli rəhbəri ələ keçirilib. Onun həbsi hüquq-mühafizə orqanlarını terror şəbəkəsinin partlayıcı maddələr hazırlayan daha bir neçə üzvünə çıxarıb.
Daha 6 radikal Ənbar vilayətində ələ keçirilib. Yüksək gərginlikli xətləri partlatmağı planlaşdıran daha bir silahlı Salah-əd-Dində saxlanılıb. Yerli terror qruplaşmasının iki rəhbəri Süleymaniyyə vilayətində tutulub.
Hüquq-mühafizə orqanları ölkənin müxtəlif rayonlarında terrorçuların məhv edilməsi üçün reydlər aparırlar.