Türkiyənin Amasya vilayətində leysan yağışları nəticəsində sel fəlakəti meydana gəlib.
“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, sel suları çayın kənarında olan bir evi tamamilə yuyub aparıb.
Qeyd olunur ki, evin sahibi seldən təxminən 10 dəqiqə əvvəl oranı tərk edib.
Hadisənin görüntüsü təbii fəlakət zamanı ərazidə olan şəxslərdən biri tərəfindən mobil telefon vasitəsilə qeydə alınıb.