Almaniyanın Leverkuzen şəhərində "Currenta” şirkətinin kimyəvi sənaye müəssisəsində baş verən partlayış nəticəsində 31 nəfər xəsarət alıb.
Bu barədə "Suddeutsche Zeitung" qəzeti məlumat yayıb.
Qeyd edilir ki, partlayış zamanı 2 nəfər həlak olub. Daha əvvəl isə 5 nəfərin itkin düşməsi barədə məlumat yayılıb.
Leverkuzen polisi maksimal təhlükə elan edib və yerli sakinlərə evlərinin qapı və pəncərələrini açmağı, küçəyə çıxmağı qadağan edib.