Kubanın Fransadakı səfirliyinin binasına hücum olub.
Bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya öz “Twitter” səhifəsində məlumat yayıb.
“Bizim Paris şəhərindəki səfirliyimizə “molotov kokteyli” vasitəsi ilə terror aktı təşkil edilib. Ölkəmizə qarşı zorakılığa həvəsləndirən belə davranış və çağırışlara görə ABŞ hökuməti məsuliyyət daşıyır”, - Kubanın xarici işlər naziri qeyd edib.
Məlumat üçün qeyd edək ki, Kubanın Fransadakı səfirliyinə hücum gecə saatlarında təşkil edilib. Diplomatik nümayəndəliyin ərazisinə ümumilikdə üç “molotov kokteyli” atılıb. İnsident nəticəsində heç kimin xəsarət almadığı bildirilir.