Fransa parlamenti bütün tibb işçiləri üçün məcburi vaksinasiya, eyni zamanda ölkə daxilində səyahət zamanı restoranlara gələn qonaqlar üçün üçün xüsusi “sanitar keçid” tələb edən qanun qəbul edib.
Bu barədə “Associated Press” məlumat yayıb.
Qanun bütün səhiyyə işçilərinin 15 sentyabr tarixinə qədər vaksinasiyaya başlamalarını tələb edir.
Bütün restoranlara, qatarlara, təyyarələrə giriş üçün də “sanitar keçid” lazımdır.
Əvvəlcə bu qayda bütün yetkinlərə, 30 sentyabrdan başlayaraq 12 yaş və daha yuxarı olan hər kəsə şamil ediləcək.
Keçidi əldə etmək üçün insanlar ya tam peyvənd olunmalarına, ya mənfi nəticəli PCR testinə sahib olmalarına və ya yaxın günlərdə COVID-19-dan sağalmalarına dair sübut təqdim etməlidirlər.
Bu qaydalar ölkədəki koronavirus vəziyyətindən asılı olaraq 15 noyabradək tətbiq oluna bilər.