Tayfun qasırğası Olimpiya Oyunlarının təşkil edildiyi Tokio şəhərinə doğru irəliləyir.
REN TV bu barədə yerli sinoptiklərə istinadən məlumat yayıb.
Qasırğaya hətta səkkiz nömrəli seriya nömrəsi də verilib.
Qeyd olunur ki, tayfunun şiddətli külək və güclü leysan yağışları ilə müşahidə edilməsi gözlənilir.
Sinoptiklər artıq kəskin hava şəraiti əlaqədar şəhər sakinlərini və dövlət qurumlarını xəbərdar edib.