Gürcüstanın cənub-şərqində zəlzələ qeydə alınıb.
Ölkənin Seysmoloji Monitorinq Milli Mərkəzindən verilən məlumata əsasən, yeraltı təkanlar paytaxt Tbilisidən 54 km aralıda, Kvemo-Kartli (Borçalı) bölgəsinin Salaməleyk kəndi yaxınlığında baş verib.
Günorta saatlarında müşahidə olunan 3.7 bal gücündə zəlzələnin episentri 10 km dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.