Talibanın Əfqanıstan sərhədlərinin 90 faizinə nəzarət etməsi barədə informasiya həqiqəti əks etdirmir.
Bu barədə AFP Əfqanıstanın Müdafiə Nazirliyinin nümayəndəsi Favad Amana istinadən yazıb.
“Bu real heç bir şeyə əsaslanmayan təbliğatdır. Nəzarət Əfqanıstanın təhlükəsizlik qüvvələrindədir. Sərhədboyu bütün əsas şəhərlər də, əsas yollar kimi bizim nəzarətimizdədir”, - deyə F.Aman bildirib.