Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib.
24.kg xəbər verir ki, Batken rayonunun Kok-Taş kəndinin Kum-Mazar hissəsində 60 nəfər Tacikistan vətəndaşı toplanıb.
Taciklər bu mübahisəli ərazidə könüllü təmizləmə aparmağa hazırlaşıblar.
Bununla əlaqədar Qırğızıstan kəndinin sakinləri qonşu ölkə vətəndaşlarının hərəkətlərindən narazılıqlarını bildiriblər.
Əvvəl Tacikistan istiqamətindən, sonra isə Qırğızıstan tərəfdən atəş açılıb.
Hər iki ölkənin sərhədçiləri hadisə yerinə gəliblər.
Hələlik atışmanın dayandırıldığı bildirilir.