İsveçin Eskilstuna şəhərindəki həbsxanada məhkumlar tərəfindən girov götürülmüş iki polis məmuru 20 kabab pizzaya dəyişdirilib.
“Krasnaya Vesna”nın məlumatına görə, bu barədə İsveçin Baş Polis İdarəsi tərəfindən yayılan press-relizdə bildirilib.
Vəziyyəti stabil olaraq qiymətləndirilib və zərərçəkənin olmadığı vurğulanıb.
Hazırda həmin məhkumlar saxlanılıb, istintaq davam edir.
Qeyd edək ki, Stokholmdan 100 km məsafədə yerləşən və ən yüksək səviyyədə təhlükəsizlik səviyyəsinə malik olan həbsxana xüsusilə təhlükəli cinayətkarlar üçün nəzərdə tutulub. Hazırda orada ümumilikdə 98 məhkum cəza çəkir.
Xatırladaq ki, iyulun 21-də iki məhbus öz nəzarətçilərini girov götürüb. Onların azadlıq əməliyyatı 9 saat çəkib.