Əfqanıstanda yüzdən çox dinc sakin evində qətlə yetirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

Əfqanıstanda yüzdən çox dinc sakin evində qətlə yetirilib

Əfqanıstanın Qəndəhar vilayətinin Spin Boldak rayonu “Taliban” radikal qruplaşmasının nəzarətinə keçdikdən sonra yüzdən çox vətəndaş naməlum şəxslər tərəfindən öldürülüb.

Bu barədə “Tolo News” xəbər verib.

Bildirilir ki, Əfqanıstan hökuməti dinc sakinlərin qətlində talibləri ittiham edir.

“Qəddar terrorçular Pəncabdakı (Pakistan) başçılarının əmri ilə Spin Boldakın bəzi bölgələrində günahsız əfqanların evlərinə hücum edib yüzlərlə günahsız insanı öldürüb”, - deyə DİN-dən məlumat verilib.

Ancaq “Taliban” mülki şəxslərin qətllərində iştirakını inkar edir.

Qeyd edək ki, Pakistanla sərhəddəki Spin Boldak bölgəsi bundan əvvəl də “Taliban” tərəfindən ələ keçirilmiş, daha sonra isə yenidən hökumət qüvvələrinin nəzarətinə keçmişdir. Pakistan-Əfqanıstan sərhədində yerləşən Spin-Boldak ticarət baxımından strateji bir mövqeyə sahibdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            393 23.07.21 11:02