“Delta” ştammı bütün dünyaya qadağaları qaytarır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

“Delta” ştammı bütün dünyaya qadağaları qaytarır

Koronavirusun “Delta” ştammının sürətlə yayılması dövlətlərin virusa qarşı məhdudiyyətlərə yenidən qayıtması ilə nəticələnir.

Qvineya millisi koronavirus səbəbindən Olimpiya Oyunlarında iştirakdan imtina edib. Ölkə hökuməti idmançıların sağlamlığının onlar üçün medaldan daha vacib olduğunu açıqlayıb.

Vesti.ru xəbər verir ki, eyni zamanda, Fransa koronavirusun “Delta”nın yayılması səbəbindən yeni məhdudiyyətlər tətbiq edib.

Artıq peyvənd sənədi və ya mənfi PCR testi olmadan restorana, kinoteatra, muzeyə və hətta stadiona girmək qadağandır.

Son bir həftə ərzində xəstələrin sayı 150 faiz artıb. Bir neçə min Fransa vətəndaşı ötən gün maskasız və sosial məsafəni gözləmədən sanitar pasportlara qarşı çıxdı.

ABŞ-da yoluxmanın artması fonunda hər şəhər öz qaydalarını tətbiq edir. Məsələn, Yeni Orleanda qapalı məkanlarda maska taxmaq məcburiyyəti yenidən tətbiq edilir.

Almaniyada daşqından təsirlənmiş rayonlarda belə vaksinasiya mümkündür. Bu məqsədlə əraziyə xüsusi olaraq avtobuslar göndərilib.

Böyük Britaniya əsas məhdudiyyətlərdən imtina etsə də, qadağaların bir çoxu hələ də qalmaqdadır. Məsələn, işçilərin 20 faizi özünütəcridə riayət etməlidir. Bu səbəbdən mağazaların rəfləri boşalıb. Hər şeydən əvvəl alkoqollu içkilər və çörək alınıb. Yanacaq da daxil olmaqla təchizatla bağlı problemlər yaranıb. Bu səbəbdən onlarla yanacaqdoldurma məntəqəsi bağlanıb. Yerli mətbuatın bildirdiyinə görə, Britaniya hökuməti bu problemi yaxın 48 saat ərzində həll edə bilməsə, krallıq əsl kollapsla qarşılaşacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            624 22.07.21 13:28