ABŞ Rusiya ilə əməkdaşlıq edir, Çinlə isə kosmik yarış aparır.
Bunu “The Washington Post” nəşrinə müsahibə verən ABŞ-ın Milli Aerokosmik Agentliyinin (NASA) rəhbəri Bill Nelson bəyan edib.
Onun sözlərinə görə, soyuq müharibə vəziyyətinə baxmayaraq, ölkəsinin əvvəlcə SSRİ, sonra isə Rusiya ilə kosmik sahədə əməkdaşlığı 1975-ci ildəki “Soyuz-Appalon” proqramı ilə başlayıb və bugünədək davam edir. Halbuki, Çinlə münasibətlərdə bunun tamamən əksi müşahidə olunur.
“Çinin kosmik proqramı həm də hərbi səciyyə daşıyır. Biz onlarla kosmik yarış aparırıq”, - deyə NASA rəhbəri bildirib.