Beynəlxalq Valyuta Fondu (BVF) koronavirusun delta növünün yayılmasına baxmayaraq, 2021-ci ildə dünya iqtisadiyyatının "sürətli bərpasını" proqnozlaşdırmağa davam edir
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonun Peterson Universitetində çıxışı zamanı BVF-nin direktoru Kristalina Georqiyeva deyib.
K.Georqiyeva bildirib: "Əlbətdə ki, yeni delta ştammının bizə bir qədər narahatlıq yaradmasına baxmayaraq, 2021-ci ildə dünya iqtisadiyyatının sürətli bərpasını proqnozlaşdırırıq".
Onun sözlərinə görə, 2021-ci ildə dünya iqtisadiyyatının artımı üzrə proqnoz aprel ayı ilə eyni səviyyədə qaldı - 6 faiz: "Apreldə 6 faiz idi, iyulda da 6 faiz səviyyəsində qaldı. Lakin aprel və iyul ayları arasındakı dövrdə bu 6 faizin tərkibi dəyişib. İndi proqnozlaşdırırıq ki, bəzi ölkələrdə artım daha sürətli olacaq. Bəzi ölkələrdə isə daha zəif olacaq".