Pakistanın Pencar əyalətinin Rajanpur şəhərində 5,2 bal gücündə zəlzələ olub.
“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, məlumatı Pakistan Milli Seysmik Müşahidə Mərkəzi yaylb.
Bildirilib ki, yeraltı təkanlar Rajanpur şəhərindən 37 km şimal-şərqdə 39 km dərinlikdə baş verib.
Məlumata görə, yeraltı təkanlar Dera Qazi Xan, Dajal və Zahir Pir şəhərlədin də hiss edilib.
Zəlzələ nəticəsində itki və dağıntının olub-olmadığı ilə bağlı məlumat yayılmayıb.