Planetin bəzi yerlərində rekord istilərin hökm sürdüyü bir zamanda digər ərazilərdə leysan yağışlar müşahidə olunur.
“TRT Haber” məlumat verir ki, intensiv yağışlardan əziyyət çəkən ölkələrdən biri də Çindir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə küçələrin çaya döndüyü, yüzlərlə avtomobilin suda üzdüyü, metro və avtobuslarda sərnişinlərin boğazadək suya qərq olduğu görünür.
Təbiətin şıltaqlığı nəticəsində azı on iki nəfərin öldüyü bildirilir.