Almaniyada daşqınlar və sel nəticəsində ölənlərin sayı artmaqda davam edir.
“Frans Press” agentliyinin məlumatına görə, artıq təbii fəlakət qurbanlarının sayı 169 nəfərə çatıb.
Təkcə Reynland-Pfalts federal vilayətində 121 nəfər həlak olub.
Qeyd edək ki, Almaniyada intensiv yağıntılar səbəbindən Ar, Mozel, Zauer, Pryum, Nims, Kil və Erft çayları məcrasından çıxaraq sel və daşqına səbəb olub.