Ermənistanın Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan 18 nəfər deputatlığa namizədin öz mandatından imtina etdiyini açıqlayıb.
TASS xəbər verir ki, Smbatyanın sözlərinə görə, onların arasında Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan da var.
Ümumilikdə isə 16 nəfərin Baş nazirin, 2 nəfərinsə keçmiş prezident Robert Koçaryanın blokundan olduğu bildirilib.
Qeyd edək ki, dünən Koçaryan özü də deputat mandatından imtina etdiyini açıqlayıb.