Hazırda koronavirusa görə təcrid olunmuş Britaniyanın Baş naziri Boris Consonun COVID testinin nəticəsi açıqlanıb.
TASS xəbər verir ki, hökumət başçısında sözügedən virusa yoluxma halı aşkar edilməyib.
Həmçinin, Consonun səhhətində koronavirus əlamətləri müşahidə olunmayıb.
Qeyd edək ki, Britaniya Baş naziri bir müddət öncə ölkənin virusa yoluxmuş səhiyyə naziri Sacid Cavidlə görüşdüyü üçün özünü təcrid edib.
Xatırladaq ki, ötən il B.Conson artıq bir dəfə koronavirusa tutulub sağalmışdı.