İranın paytaxtı Tehranda mərkəzi bazar və banklar COVID-19-la bağlı dəhşətli vəziyyətə görə bağlanıb.
Bu barədə IRIB telekanalı xəbər yayıb.
Qeyd edilir ki, Tehran bazarı koronavirusla mübarizə üzrə milli qərargahın qərarına uyğun olaraq, COVID-19 pandemiyası səbəbindən altı günlük bağlanır. Hazırda Tehran koronavirus infeksiyasının yayılmasına görə qırmızı zona hesab edilir.
Yanaşı olaraq, Xuzistan və Bəlucistan əyalətlərində də yüksək yoluxma qeydə alınır.