İsraildə koronavirus əleyhinə yeni dərman vasitəsi hazırlanır.
“RİA Novosti” xəbər verir ki, onun özəlliyi tərkibində insanın kök hüceyrələrinin olmasıdır.
Dərman vasitəsi sınaqlarının birinci mərhələsi artıq başa çatıb. O, 90 faiz effektivlik əmsalı nümayiş etdirib.
Həkimlərin sözlərinə görə, kök hüceyrələri orqanizmdə zədələnmiş sahələri qısa müddətdə bərpa edərək, virusun fəsadlarını aradan qaldırmağa kömək edir.
Artıq sınaqların 2-ci və 3-cü mərhələləri üçün hazırlıq işlərinə başlanılıb. Onların uğurla bitəcəyi təqdirdə yeni antikovid vasitə tezliklə satışa çıxarılacaq.