Vaksinasiya olmasa hər il iki yeni koronavirus ştammının ortaya çıxma ehtimalı 60% təşkil edəcək.
“İzvestiya” qəzeti bu barədə almaniyalı tədqiqatçıların araşdırmalarına istinadən məlumat yayıb.
“Alimlər kütləvi peyvənd və karantin tədbirləri çərçivəsində koronavirus pandemiyasının inkişaf modelini yaradıblar”, - deyə qeyd edilir.
Eyni zamanda, tədqiqatda yeni ştammlar ortaya çıxdıqda fərqli ölkələrdə yeni koronavirus dalğasının başladığı vaxt, həmçinin virusun bu variantlarının infeksiya dərəcəsi və peyvəndlərin effektivliyi nəzərə alınıb.