Rusiyanın Tomsk vilayətində radarlardan itən An-28 sərnişin təyyarəsi tapılıb.
TASS bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb:
“Moskva vaxtı ilə 14:36-da təyyarənin sərt eniş etdiyi yer müəyyən olunub”.
Sərnişinlərin təxliyəsi üçün artıq “Mi-8” helikopteri xilasedicilərlə əraziyə enib.
Təyyarənin heyəti və sərnişinlər arasında zərərçəkən yoxdur.
Xatırladaq ki, An-28 ilə əlaqə kəsilib və daha sonra təyyarənin qəza mayakı işə düşüb.
Təyyarənin göyərtəsində dördü azyaşlı olmaqla 17 sərnişin olub.
* * * * *
Rusiyanın Tomsk vilayətində An-28 sərnişin təyyarəsi radarlardan itib.
Bu barədə “İnterfaks” agentliyi xəbər yayıb.
İlkin məlumatda qeyd olunur ki, An-28 ilə əlaqə kəsilib və daha sonra təyyarənin qəza mayakı işə düşüb.
Təyyarənin göyərtəsində dördü azyaşlı olmaqla 17 sərnişin olub.