Bloqer canlı yayım zamanı həbs olundu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

Bloqer canlı yayım zamanı həbs olundu - VİDEO

“Dina Stars” kimi tanınan məşhur kubalı “YouTube” bloqeri Dina Fernandez canlı yayım zamanı saxlanılıb.

Bu barədə CNN xəbər verib.

Məlumata görə, Fernandez müğənni Yotuel ilə birlikdə Kubada hökumət əleyhinə etirazlarla bağlı İspaniyanın “Kanal 4” televiziyasına müsahibə verərkən hüquq mühafizəçiləri onun evinə daxil olublar.

“Dövlətin təhlükəsizlik qüvvələri buradadır. Mən getməliyəm”, - deyən bloqer reportajını yarımçıq qoyur. Onun dostu kamera və mikrofonu açıq qoyaraq kompüteri başqa otağa aparır. Bir neçə dəqiqə sonra bloqer geri qayıdaraq polisin onu aparmağa gəldiyini deyir.

Həbs anı videoya çəkilməsə də, nəşrin məlumatına görə, qıza qarşı güc tətbiq edilib.

Sonradan azadlığa çıxan bloqer sosial şəbəkə hesabında özü barədə məlumat verib.

Qeyd edək ki, iyulun 12-də Kubada hakim Kommunist Partiyasına qarşı uzun illərdən bəri ilk dəfə kütləvi etirazlar fonunda ölkədə fövqəladə vəziyyət elan edilib. Mövcud hökumətin müxalifləri azad seçkilər və COVID-19 pandemiyasına qarşı mübarizə üçün daha qəti addımlar tələb edirlər. Aksiyalar fonunda təhlükəsizlik qüvvələrinin qoşunları və əlavə bölmələri ölkənin paytaxtına toplanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            867 16.07.21 16:58