Almaniyada təbii fəlakət qurbanlarının sayı artdı: Mindən çox insan itkin düşüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

Almaniyada təbii fəlakət qurbanlarının sayı artdı: Mindən çox insan itkin düşüb

Almaniyanın qərbindəki Arvayler rayonunda daşqından sonra təxminən 1 300 nəfər itkin düşüb.

“Deutsche Welle” bu barədə yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.

Bildirilir ki, 3,5 mindən çox insan müvəqqəti yaşayış yerlərinə köçürülüb.

Ərazidə mobil rabitə işləmir, buna görə səlahiyyətlilər ümid edirlər ki, itin düşənlər harada olduqları barədə məlumat ötürə bilmirlər.

Son məlumatlara görə, Qərbi Almaniyada leysan yağışlar və daşqınlar nəticəsində azı 58 nəfər həlak olub.

Ayfel rayonunun səlahiyyətliləri Rur çayı üzərindəki su bəndinin aşmağa başladığı üçün yeni genişmiqyaslı daşqınların olacağından ehtiyat edirlər. Bənd ərazisindəki kəndlər artıq boşaldılıb. Enerji şirkəti ehtiyat olaraq elektrik enerjisini kəsə biləcəyi barədə xəbərdarlıq edib.

Hazırda Qərbi Almaniyada təxminən 165 min insan sel səbəbiylə elektrik enerjisiz qalır.

Sinoptiklər yağışların yaxın günlərdə davam edəcəyini proqnozlaşdırır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 029 16.07.21 13:59