Ötən gecə Kiyevdə havanın hərarəti 22.8 dərəcədən aşağı düşməyib.
Ukrayna KİV-də yayılan məlumatlara görə, iyulun 15-nə keçən gecə 1881-ci ildən bəri ölkə tarixində ən isti gecə olub.
Boris Sreznevski adına Mərkəzi Geofizika Abservatoriyasından verilən məlumata əsasən, bu, cari yay fəslində qeydə alınan sayca 12-ci temperatur rekordudur.
Qeyd edək ki, qlobal istiləşmə nəticəsində növbəti 30-40 il ərzində Ukraynada geniş ərazilərin səhralaşması gözlənilir.