Argentinada koronavirusdan həyatını itirənlərin sayının 100 mini keçməsinə görə ölkədə beş günlük milli matəm elan edilib.
“La Nacion” xəbər verir ki, bu barədə Argentina Prezidenti Alberto Fernandez qərar imzalayıb.
Cənubi Amerika ölkəsi olan Argentinada koronavirusa yoluxma sayı 4,7 milyona, ölənlərin sayı 100 250-yə çatıb.