Avstraliyanın Sidney şəhərində yeni doğulmuş uşağa oksigen əvəzinə “şənləndirici qaz” tənəffüs maskası taxılıb və nəticədə körpə ölüb.
Bu barədə “Daily Mirror” nəşri məlumat yayıb.
Con Qanem adlı oğlan qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə normal nəfəs ala bilmədiyinə görə onu reanimasiya şöbəsinə yerləşdiriblər.
Uşağın nəfəsini normallaşdırmaq üçün ona oksigen maskası taxılıb.
Ancaq körpə həkimlərin manipulyasiyalarına heç bir şəkildə reaksiya göstərməyib.
Sonra ona süni tənəffüs və adrenalin inyeksiyası vurulub. Onların da heç bir köməyi olmayıb və uşaq doğulduqdan bir saat sonra vəfat edib.
Lakin aparılan araşdırma nəticəsində uşağa oksigen əvəzinə “şənləndirici qaz” tənəffüs maskası taxıldığı və bunun nəticəsində onun öldüyü məlum olub.
Həmçinin tənəffüs maskasının texniki səhv nəticəsində aparata quraşdırıldığı məlum olub.