Türkiyənin Qara dəniz bölgəsində yerləşən Rizə şəhərində yağan aramsız yağışdan sonra sel şəhəri öz cənginə alıb.
“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, nəticədə sel suları iki nəfərin həyatına son qoyub, altı nəfər xəsarət alıb.
Təbii fəlakət həmçinin Rize-Güneysu magistral yolunu yararsız hala salıb.